Azərbaycan ​Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən iclasında iştirak edir

Azərbaycan ​Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən iclasında iştirak edir Tədbirdə DYƏT-in növbəti illər üçün fəaliyyət proqramı müzakirə olunacaq
İnfrastruktur
25 Aprel , 2016 10:54
Azərbaycan ​Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən iclasında iştirak edir

Bakı. 25 aprel. REPORT.AZ Aprelin 25-29-da Çolpon-Ata şəhərində (Qırğızıstan) Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) ölkələrinin dəmir yolu administrasiyalarının baş direktorlar (məsul nümayəndələr) Konfransının 31-ci iclası keçirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, tədbirdə DYƏT-in yük daşımaları, sərnişin daşımaları, infrastruktur və heyət tərkibi komissiyalarının 2015-ci il üzrə fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika, maliyyə və hesablaşma məsələləri üzrə daimi işçi qruplarının 2015-ci il üzrə fəaliyyətinin nəticələri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borcların ödənilmə mexanizmi, DYƏT-in 2015-ci ildə fəaliyyəti üzrə hesabatı, 2017-ci və gələcək illər üçün fəaliyyət proqramı, 2016-cı il üçün son və 2017-ci il üçün ilkin büdcəsi, Təftiş Komissiyasına üzvlüyün ardıcıllığı, Baş Direktorlar Konfransının XXXII iclasının keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunacaq. 

DYƏT Baş Direktorlar (məsul nümayəndələr) Konfransının 31-ci iclasında “Azərbaycan Dəmir Yolları” QSC-ni Maliyyə İdarəsinin rəis müavini Azad Hüseynov, Beynəlxalq
əlaqələr və hüquq İdarəsi beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Angelina Şurqanova və bu İdarənin hüquqi təminat şöbəsinin baş hüquqşünası Fuad Qasımzadədən ibarət nümayndə heyəti təmsil edir.

Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb.

Son xəbərlər

Orphus sistemi