"Azərbaycan Dəmir Yolları" bayram günlərində işini gücləndirəcək

"Azərbaycan Dəmir Yolları" bayram günlərində işini gücləndirəcək Həmin günlərdə nəqliyyat qurumu xüsusi tədbirlər görəcək
İnfrastruktur
16 Mart , 2016 17:05
Azərbaycan Dəmir Yolları bayram günlərində işini gücləndirəcək

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində növbəli rejimdə işləyəcək. Martın 18-19-da sərnişinlərin daha çox sıxlıq təşkil edəcəyi gözlənilir. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, 18-19 mart tarixlərinə biletlər artıq satılıb.

"Sərnişin sıxlığına uyğun olaraq qatarlara əlavə vaqonlar da qoşulacaq. Bundan başqa, sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejmi tətbiq olunacaq. Habelə, xüsusilə qatarlarda, platformalarda, körpülərdə, yükboşaltma məntəqələrində mühafizə xidməti gücləndiriləcək. Eyni zamanda, Azərbaycana gələn yüklərin boşaldılıb-yüklənməsi prosesi də davam edəcək. Bu, iş adamlarına bayram günlərində narahatlıq törədilməməsi məqsədilə həyata keçiriləcək", - deyə N.Əzməmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi