Azərbaycana daha bir loukoster uçacaq

Azərbaycana daha bir loukoster uçacaq Hazırda ölkə regionlarına uçuşlara başlanılması üçün digər aviaşirkətlərlə danışıqlar davam etdirilir
İnfrastruktur
22 Sentyabr , 2016 14:43
Azərbaycana daha bir loukoster uçacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rusiyanın aşağı büdcə aviadaşıyıcısı - “Pobeda” şirkəti oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. 

Bu barədə "Report" Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Administrasiya müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 4 dəfə yerinə yetirməklə bağlı sorğusundan sonra verib.

Uçuşların bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Eyni zamanda DMAA ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlərlə danışıqları davam etdirir.

Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə “flydubai”, “WizzAir”, “Pegasus” və “airBaltic” kimi aşağı büdcəli aviaşirkətlər uçuşlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi