Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək

Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək Müvafiq saziş "Azərbaycan Hava Yolları" və Fransanın "Thales" şirkəti arasında imzalanıb
İnfrastruktur
6 Oktyabr , 2016 12:40
Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi (Azerbaijan Airspace Supervision & Efficiency Centre, ASEC) inşa ediləcək.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, müvafiq sazişi "Azərbaycan Hava Yolları" və Fransanın "Thales" şirkəti imzalayıb.

Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilati ilə birgə əməkdaşlıqda həyata keçiriləcək.

Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.

Qeyd edək ki, Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq, ölkəmizə bütün regionda hava axınının təşkili işində mühüm rol ayrılır. Eyni zamanda İCAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi