"Azəravtoyol”da qərargah yaradılıb

"Azəravtoyol”da qərargah yaradılıb Qurumda payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb
İnfrastruktur
4 Oktyabr , 2016 12:23
Azəravtoyol”da qərargah yaradılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azəravtoyol” ASC-nin balansında olan avtomobil yolları, körpülər, yol qurğuları, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb. Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, 2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.

Bundan başqa, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yolları və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəravtoyol”da sutkalıq növbətçilik yaradılıb.

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edir.

Cəmiyyətin tabeliyində olan MMC-lərə qısa müddət ərzində yol texnikası, maşın-mexanizmlərin və avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsini, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsini, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirmək və mövcud nöqsanları aradan qaldırılmasını, xidmət etdikləri avtomobil yollarında cari təmir işlərinin, suötürücü boruların və küvetlərin təmizlənməsini, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılmasını, mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyatlarının səmərəli istifadə edilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi