“Azəravtoyol”a Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayrılıb

“Azəravtoyol”a Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
3 May , 2016 17:25
“Azəravtoyol”a Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayrılıb

Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi