​AZAL yeni proqram təqdim edib

​AZAL yeni proqram təqdim edib Aviaşirkət səhayət ballarında yenilik edib
İnfrastruktur
31 İyul , 2015 12:54
​AZAL yeni proqram təqdim edib

Bakı. 31 iyul. REPORT.AZ/"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni səyahət proqramını təqdim edib. AZAL-dan "Report"a daxil olan məlumata görə, dəyişikliklər bu yay baş verəcək və əvvəlki qaydalar rahat anlaşılan və asan müddəalarla əvəz olunacaq. Bunun üçün AZAL-ın elektron məktubunu təsdiq etməklə, bu dəyişiklikləri etmək mümkündür. Müştərinin bütün balları qorunacaq və yeni proqrama köçürüləcək.

Məlumatda bildirilir ki, "Səyahət balları" proqramı hazırda verdiyi milləri əvəz edəcək.

"Ballar bütün biletlərə/təkmilləşmələrə ödəniş əsasında hər bir 1 avroya görə əlavə olunacaq (bura vergi və əlavə ödənişlər daxil deyil). Hər bir avroya verilən səyahət balları müştərinin üzvlük dərəcənizdən - klassik, gümüş, qızıl, platinum - asılı olaraq artacaq. İndiki üzvlər üçün - hər bir mil 2 səyahət balına çevriləcək", - deyə məlumatda qeyd edilib.

İkinci fərq isə "Status ballar"ın təqdim olunmasıdır. Hər bir "AZAL miles" üzvü alınan biletə görə, status balı alacaq. Status ballarının sayı uçuş zamanı və səyahət növündən, yəni ekonom və ya biznes sinfindən asılı olacaq. İllik alınan status ballar növbəti il üçün müştərinin üzvlülük dərəcəsini müəyyən edəcək.

"AZAL miles" üzvləri üçün mobil tətbiq də təqdim edilir.

Əlavə məlumatlar yaxın zamanlarda e-meyl vasitəsilə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi