AZAL xüsusi aksiya keçirir

AZAL xüsusi aksiya keçirir Biletlərin satış tarixləri iyulun 1-dən avqustun 31-nə qədərdir
İnfrastruktur
24 İyun , 2015 14:38
AZAL xüsusi aksiya keçirir

Bakı. 24 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC aviabiletlərə endirim nəzərdə tutan xüsusi “Yay aksiyası”na başlayıb. 

"Report" xəbər verir ki, aşağıdakı cədvəldə biletlərin qiymətləri gediş-dönüş üçün qeyd olunub.

Biletlərin satış tarixləri iyulun 1-dən avqustun 31-nə qədər, uçuş tarixləri isə iyulun 2-dən sentyabrın 30-na qədər müəyyənləşdirilib.

Qeyd edək ki, qiymətlərə yığım və rüsumlar daxildir, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmur və məntəqədə maksimum qalma müddəti 1 aydır.

Çıxış nöqtəsi İstiqamət Biletlərin qiyməti
Bakı * Dubay 232 avro
Bakı Rostov 289 avro
Bakı Bişkek 339 avro
Bakı London 409 avro
Bakı Roma 429 avro
Bakı Milan 429 avro
Bakı Paris 449 avro

Dubay istiqamətində biletlərin satış və uçuş tarixləri iyunun 25-dən iyulun 31-nə qədərdir.

İngilis versiyası AZAL launches a new campaign

Son xəbərlər

Orphus sistemi