AZAL təyyarə bələdçilərinin işə qəbuluna başlayıb

AZAL təyyarə bələdçilərinin işə qəbuluna başlayıb Sənədlərin qəbulu oktyabrın 1-dək aparılacaq
İnfrastruktur
1 Sentyabr , 2016 12:50
AZAL təyyarə bələdçilərinin işə qəbuluna başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC xanımlardan təyyarə bələdçisi vəzifəsinə sənəd qəbuluna başlayıb.

Şirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, sənəd qəbulu oktyabrın 1-dək saat 10:00-dan 12:00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Şirkətin Personalla iş üzrə Baş İdarəsinə təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi