AZAL-ın təyyarələri jurnalistlərə təqdim olunub - FOTO

AZAL-ın təyyarələri jurnalistlərə təqdim olunub - FOTO 4 istiqamətə təşkil olunan endirim kampaniyası bir istiqamətə deyil, hər iki istiqamətə şamil olunacaq
İnfrastruktur
22 İyul , 2015 16:55
AZAL-ın təyyarələri jurnalistlərə təqdim olunub - FOTO

Bakı. 22 iyul. REPORT.AZ/Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarələri bu gün jurnalistlərə təqdim olunub. “Report”un xəbərinə görə, jurnalistlərə məlumat verilib ki, “Airbus 340” modelli layner Pekindən gətirilib və birbaşa uçuşlar üçün nəzərdə tutlub. AZAL-ın bu təyyarəsi Avropa ölkələri və Nyu-Yorka nəzərdə tutulan birbaşa reysləri həyata keçirəcək. 

Məlumatda həmçinin bildirilib ki, aviaşirkətin elan etdiyi “aşağı qiymətlər” (low cost) tətbiq olunan təyyarələr “Embraer” modelli laynerlər olacaq. Aviaşirkətdən “Report”a bildiriblər ki, AZAL-ın əsasən 4 istiqamətə təşkil olunan endirim kampaniyası bir istiqamətə deyil, hər iki istiqamətə, yəni həm gediş, həm də dönüşlərə şamil olunacaq.

Son xəbərlər

Orphus sistemi