AZAL-ın İstanbul və Ankara reysləri ləğv edilib

AZAL-ın İstanbul və Ankara reysləri ləğv edilib Bu gün İstanbul və Ankaraya nəzərdə tutulan səhər uçuşları dayandırılıb
İnfrastruktur
16 İyul , 2016 09:26
AZAL-ın İstanbul və Ankara reysləri ləğv edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb. Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləğv edilib.

Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarına olan üç reys ləğv edilib: "Onlarından ikisi İstanbula, biri isə Ankaraya aviareys yerinə yetirməli idi. Bu istiqamətə bilet alan sərnişinlərin ödənişləri geri qaytarılır. Hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, hazırda Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq Atatürk hava limanında uçuşlar dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi