AZAL İstanbul və Ankaraya alınan biletlərin cəriməsiz qaytarılma şərtlərini açıqlayıb

AZAL İstanbul və Ankaraya alınan biletlərin cəriməsiz qaytarılma şərtlərini açıqlayıb 16-20 iyul tarixinə alınan biletlərin qaytarılması üçün avqustun 15-dək möhlət verilir
İnfrastruktur
18 İyul , 2016 17:06
AZAL İstanbul və Ankaraya alınan biletlərin cəriməsiz qaytarılma şərtlərini açıqlayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul və Ankara istiqamətində olan reyslərinə alınan biletlər cəriməsiz qaytarıla bilər. 

AZAL-dan "Report"a daxil olan nəlumata görə, 16-20 iyul tarixinədək İstanbul və Ankara istiqamətlərində uçan reyslərə - 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

Son xəbərlər

Orphus sistemi