Bakı. 23 sentyabr. REPORT.AZ/ “
Aviaşirkətdən “Report”a verilən məlumata görə, bundan sonra "ekonom" sinfin sərnişinləri çəkisi 8 kq-dək, "biznes" sinfin müştəriləri isə çəkisi 15 km-a qədər olan əl yükünü özləri ilə təyyarənin salonuna götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi isə 5 kq olub.
Qeyd edək ki, AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.