AZAL Bakı-Pekin-Bakı istiqamətində uçuşların sayını artırır

AZAL Bakı-Pekin-Bakı istiqamətində uçuşların sayını artırır Hər həftənin üç günü Çinə aviareyslər yerinə yetiriləcək
İnfrastruktur
15 İyun , 2016 10:33
AZAL Bakı-Pekin-Bakı istiqamətində uçuşların sayını artırır

Bakı. 15 iyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuş coğrafiyasını genişləndirmək məqsədilə Bakı-Pekin-Bakı istiqamətində birbaşa və uzunməsafəli aviareyslərinin sayını artırır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a verilən məlumata görə, iyunun 17-dən etibarən əlavə olaraq həftənin cümə günləri də Pekinə aviareyslər yerinə yetiriləcək. Həmin reys saat 19:35-də Bakından yola düşəcək.

Qeyd edək ki, Bakı-Pekin-Bakı istiqamətində aviareyslərin hazırkı qrafikinə görə, uçuşlar həftənin II və VII günləri saat 19:35-də həyata keçirilir.

Uçuşlar "Boeing 767" tipli təyyarələrlə yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi