AZAL Bakı-İstanbul aviareysinə olan endirim aksiyasını uzadıb

AZAL Bakı-İstanbul aviareysinə olan endirim aksiyasını uzadıb Biletlərin qiyməti 258 manatdır
İnfrastruktur
2 İyun , 2015 12:31
AZAL Bakı-İstanbul aviareysinə olan endirim aksiyasını uzadıb

Bakı. 2 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-İstanbul-Bakı marşrutu ilə uçuşları üzrə həyata keçirdiyi endirim aksiyasının müddətini uzadıb. AZAL-dan “Report”a verilən məlumata görə, əvvəlki şərtlərə əsasən, qiyməti 258 manat olan biletlərlə uçuşlar iyulun 20-dək həyata keçirilməli idi. Yeni qərarla isə uçuşların müddəti iyulun 31-dək uzadılıb.

Qeyd edək ki, aksiya çərçivəsində alınan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, qiymətə bütün yığım və rüsumlar daxildir, məntəqədə maksimum qalma müddəti isə 1 aydır.

Son xəbərlər

Orphus sistemi