AZAL 20% endirimli aviabiletlərin satışına başlayıb

AZAL 20% endirimli aviabiletlərin satışına başlayıb Endirimli biletləri “Azərbaycan Hava Yolları”nın kassaları ilə yanaşı turagentliklərdən də almaq mümkündür
İnfrastruktur
28 İyul , 2015 14:07
AZAL 20% endirimli aviabiletlərin satışına başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin bütün istiqamətlərə olan uçuşlarında 20% endirimlə satılan biletlər artıq satışa çıxarılıb.

“Report” xəbər verir ki, aviaşirkət iyulun 21-dən etibarən aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını elan edib. Dörd istiqamətə konkret qiymətlər müəyyənləşdirən aviaşirkət digər bütün istiqamətlərdə təyyarələrdəki yerlərin 30%-nin 20% endirimlə satılcağını da elan etmişdir. Lakin həmin 20% endirimli yerlər hələ sistemə köçürülmədiyi üçün satış mümkün deyildi. Bu gündən etibarən sərnişinlər AZAL-ın bütün istiqamətlərdə 20% endirimli biletlərini əldə edə bilərlər.

Endirimli biletləri “Azərbaycan Hava Yolları”nın kassaları ilə yanaşı turagentliklərdən də almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi