​Azadlıq prospekti bu gecə bağlanacaq

​Azadlıq prospekti bu gecə bağlanacaq Prospekt 3-4 gün bağlı olacaq
İnfrastruktur
17 May , 2016 18:17
​Azadlıq prospekti bu gecə bağlanacaq

Bakı. 17 may. REPORT.AZ/ Bu gün gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakı şəhərinin Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən mərkəzə doğru gedən avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ("Azadlıq" metro stansiyası, 8-ci mikrorayon istiqamətində) və Məsud Davudoğlu küçələri ilə (6-cı mikrorayon istiqamətində) hərəkət təmin olunacaq.

Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq.

“Azəravtoyol” baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçməklərini tövsiyyə edir.

Son xəbərlər

Orphus sistemi