​Avtomobil yollarında təmir-bərpa və təmizlik işləri aparılır

​Avtomobil yollarında təmir-bərpa və təmizlik işləri aparılır “Azəravtoyol” payız-qış mövsümündə deformasiyaya uğrayan və dağılan yolların təmir-bərpa işlərinə start verib
İnfrastruktur
18 Mart , 2016 16:26
​Avtomobil yollarında təmir-bərpa və təmizlik işləri aparılır

Bakı. 18 mart. REPORT.AZ/ Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğrayan və dağılan hissələrinin təmir-bərpa işlərinə start verib.

“Report” “Azəravtoyol”a istinadən xəbər verir ki, təmir-bərpa işləri zamanı deformasiyaya uğrayan və dağılan asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə isə həmin hissəyə yeni asfalt-beton örtüyü döşənir. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Bundan başqa, palçıq və toz basmış körpü və yol elementlərinin xüsusi təyinatlı işçi qrupu tərəfindən də təmizlənməsi işləri aparılır. Sözügedən işlər zamanı körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Havaların sabit keçməsi ilə əlaqədar olaraq ASC tərəfindən aparılan kompleks işlər çərçivəsində yol kənarlarında və yol ayrıcında olan səki daşları xüsusi alətlə təmizlənir, zədələnən əyri-xətli dəmir tirlər və işıq əksetdiricilər bərpa edilir.

Həyata keçirilən bu işlər ASC-nin rəhbərliyinin nəzarəti altındaaparılır. Təmir işlər aparılan ərazilərdə yaranan müvəqqəti narahatlığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir və sürücülərdən bu işlərə analayışla yanaşmaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi