Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 11% azalıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 11% azalıb Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar göstərilir
İnfrastruktur
15 İyul , 2016 18:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 11% azalıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19810,0 min ton, yük dövriyyəsi isə 3831,2 mln. ton-km olub. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 12650,0 min tonu (63,8%-i) avtomobil nəqliyyatı, 5345,9 min tonu (27,0%-i) dəmir yolu nəqliyyatı, 1814,1 min tonu (9,2%-i) dəniz nəqliyyatı ilə daşınıb. 

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 10,6% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,3% və 38,9%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6%-ni və ya 2890,0 min tonunu tranzit yüklər təşkil edib. 

2016-cı ilin yanvar-may aylarında dəhliz vasitəsilə 137,8 mln. sərnişin daşınıb. Sərnişin dövriyyəsi 2772,9 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3%, sərnişin dövriyyəsi isə 1,2% artıb.

Son xəbərlər

Orphus sistemi