I Avropa Oyunlarının açılışı ilə bağlı bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

I Avropa Oyunlarının açılışı ilə bağlı bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq Məhdudiyyət gecə saat 02.00-dək davam edəcək
İnfrastruktur
12 İyun , 2015 04:00
I Avropa Oyunlarının açılışı ilə bağlı bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, iyunun 12-də saat 16.00-dan gecə saat 02.00-dək Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək hissədə yollar bağlı olacaq.

Həmçinin iyunun 13-də saat 08:30-18:30, 14 iyunda isə 08:30-19:00 aralığında Zuğulba Yolu / Bakı Dairəvi II-nin Dairə 1-dən Dairə 2-dək yollar tam bağlı olacaq. 

Son xəbərlər

Orphus sistemi