Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı şəhərində daha bir avtomobil yolu təmir olunaraq isitfadəyə verilib. “
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparıb. Bir neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə olub.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə, burada 12 500 kv. metr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1 500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Təmir-tikinti işləri vaxtı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.