Atatürk prospekti və ​Ə.Naxçıvani küçəsinin bir hissəsi müvəqqəti bağlanıb

Atatürk prospekti və ​Ə.Naxçıvani küçəsinin bir hissəsi müvəqqəti bağlanıb Bağlanan yollarda təmir işləri aparılır
İnfrastruktur
18 Sentyabr , 2015 16:52
Atatürk prospekti və ​Ə.Naxçıvani küçəsinin bir hissəsi müvəqqəti bağlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinin bir hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanıb.

Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, bağlanan hissə Ə.Naxçıvani küçəsinin Atatürk prospekti ilə kəsişmələri arasında, həmçinin, “Gənclik” metro stansiyası istiqamətinə doğru olan Atatürk prospektinin Ə.Naxçıvani və S.Bəhlulzadə küçələrinin kəsişmələri arasında yerləşən ərazilərdir.

Qeyd edək ki, ümumilikdə, təmir-tikinti işləri bir-neçə küçənin kəsişmələrində aparılır. Təmir işləri Atatürk prospektinin hər iki istiqamət üzrə S.Bəhlulzadə küçəsinin kəsişməsindən Ə.Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxıb. Ş.Məmmədova küçəsinin Ə.Naxçıvani küçəsinin kəsişməsindən C. Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Ə.Naxçıvani küçəsinin A.S.Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində gedir. Təmir işləri aparılan zaman sözügedən ərazilər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.

“Azəryolservis” tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə, burada 12,5 min kv. metr ərazidə asfaltlanma işləri aparılacaq. Ərazidə təmir işləri çərçivəsində artıq 1 500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək abadlaşdırılıb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Son xəbərlər

Orphus sistemi