Astarada yeni avtomobil yolu istifadəyə verilib

Astarada yeni avtomobil yolu istifadəyə verilib Prezident İlham Əliyev Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib
İnfrastruktur
11 Aprel , 2015 12:57
Astarada yeni avtomobil yolu istifadəyə verilib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.

Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

Son xəbərlər

Orphus sistemi