Astara Rayon İcra Hakimiyyətinə 4,7 milyon manat ayrılıb

Astara Rayon İcra Hakimiyyətinə 4,7 milyon manat ayrılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
10 Dekabr , 2014 19:02
Astara Rayon İcra Hakimiyyətinə 4,7 milyon manat ayrılıb
Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi