Altay Əfəndiyev: "GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradılması məsələləri nəzərdən keçirilə bilər"

Altay Əfəndiyev: "GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradılması məsələləri nəzərdən keçirilə bilər" Natiq Əliyev GUAM-ın baş katibi ilə görüşüb
İnfrastruktur
10 Fevral , 2016 20:57
Altay Əfəndiyev: GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradılması məsələləri nəzərdən keçirilə bilər

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat-GUAM-ın baş katibi Altay Əfəndiyev arasında görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

GUAM-ın baş katibi Altay Əfəndiyev təşkilat çərçivəsində əməkdaşlığa təkan verəcək birgə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, hazırki geosiyasi vəziyyət əməkdaşlıq münasibətlərinə yenidən baxmağa və hər bir ölkə üçün mənfəətli addımlar atmağa imkanlar yaradır.Üzv dövlətlər də bu imkandan yararlanaraq, GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradıması kimi məsələləri nəzərdən keçirə bilərlər.

N. Əliyev isə deyib ki, GUAM ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu əlaqələr enerji əməkdaşlığına töhfələr verib. Bildirilib ki, GUAM-ın regional təşkilat kimi yenidən dirçəldilməsi, regionun sabit və inkişaf edən zonaya çevrilməsi üçün dördtərəfli əməkdaşlığa rəvac verəcək sahələr və maraqların üst-üstə düşdüyü layihələr üzərində məsləhətləşmələr aparılmalı, görüşlər keçirilməlidir. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi