"Akkord" uzaq xarici ölkələrdə bazar araşdırmalarına başlayıb

"Akkord" uzaq xarici ölkələrdə bazar araşdırmalarına başlayıb Araşdırmalar Oman, İran, Küveyt, Rusiya və Çində aparılır
İnfrastruktur
27 Yanvar , 2016 17:14
Akkord uzaq xarici ölkələrdə bazar araşdırmalarına başlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda istehsal olunan sənaye-tikinti məhsullarının xarici bazarlara çıxarılması üçün "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC hazırda bir sıra ölkələrdə bazarın şərtlərini öyrənməyə başlayıb.

"Report"un xəbərinə görə, yeni planlar haqda şirkətin baş direktoru Göksel Aybek məlumat verib.

Hazırda Oman, İran, Küveyt, Rusiya və Çində bu işlərə başladıqlarını bildirən G.Aybek qeyd edib ki, şirkət artıq Qazaxıstan, Qırğızıstan və Gürcüstan kimi ölkələrdə fəaliyyətini reallaşdırır.

Son xəbərlər

Orphus sistemi