Ağsuda çoxmənzilli binaların əsaslı təmirinə iki milyon manat ayrılıb

Ağsuda çoxmənzilli binaların əsaslı təmirinə iki milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
3 May , 2016 17:22
Ağsuda çoxmənzilli binaların əsaslı təmirinə iki milyon manat ayrılıb

Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunub, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulub, müasir işıqlandırma sistemi quraşdırılıb.

Dövlət başçısı Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi