​"Aeroflot" martın 29-dan yay qrafikinə keçir

​"Aeroflot" martın 29-dan yay qrafikinə keçir Aviaşirkət MDB-nin 8 ölkəsinə uçuş planlaşdırır
İnfrastruktur
27 Mart , 2015 21:53
​Aeroflot martın 29-dan yay qrafikinə keçir

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın "Aeroflot" aviaşirkəti martın 29-dan etibarən yay qrafikinin tətbiqinə başlayacaq.

"Report" aviadaşıyıcının rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, şirkət dünyanın 52 ölkəsinin 123 şəhərinə uçuş həyata keçirməyi planlaşdırır.

Siyahıya, həmçinin Rusiyanın 43 şəhəri və 8 MDB ölkəsi (Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Özbəkistan, Ukrayna) daxildir.

MDB ölkələrinə uçuş şəbəkəsi 10 şəhəri əhatə edir: Bakı, Bişkek, İrəvan, Minsk, Qaraqanda, Kiyev, Kişinyov, Odessa, Səmərqənd, Daşkənd.

Şirkət beynəlxalq reyslərin cədvəlini formalaşdıran zaman turistlərə üstünlük verib.

Bununla yanaşı aviadaşıyıcı Dubrovnik, Karlovı Varı, Krakov, Punta-Kanu və Torontoya uçuşları ləğv edib.

Son xəbərlər

Orphus sistemi