​"Aeroekspress" şirkəti "Stadler" qatarlarının Azərbaycana göndərildiyini təkzib edib

​"Aeroekspress" şirkəti "Stadler" qatarlarının Azərbaycana göndərildiyini təkzib edib "İki ikimərtəbəli qatar artıq sertifikatlaşdırma prosesindən keçir"
İnfrastruktur
4 İyun , 2015 22:50
​Aeroekspress şirkəti Stadler qatarlarının Azərbaycana göndərildiyini təkzib edib

Bakı. 04 İyun. REPORT.AZ/ Rusiyanın "Aeroekspress" şirkəti üçün nəzərdə tutulan ikimərtəbəli qatarların tikintisi ştat rejimində davam edir.

"Report" xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən "İnterfax" məlumat yayıb.

"Aeroekspress"in tələbatları üçün nəzərdə tutulan ikimərtəbəli qatarların tikintisi üzrə işlər davam edir və ştat rejimində aparılır", — deyə şirkət nümayəndəsi bildirib.

"Aeroekspress"dən bildirilib ki, iki qatar artıq Şerbinkada sertifikatlaşdırma prosesindən keçir və tez bir zamanda Şimali Qafqaz dəmir yolu üçün göndəriləcək.

Bundan əvvəl, İsveçrənin "Stadler" şirkətinin "Aeroekspress" üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatarı Azərbaycana göndərəcəyi barədə KİV-də məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi