Abid Şərifov: "BTQ dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündə tam şəkildə istismara veriləcək"

Abid Şərifov: "BTQ dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündə tam şəkildə istismara veriləcək" "Görüşlər isə işin inkişafı ilə əlaqədar keçirilir"
İnfrastruktur
23 Oktyabr , 2015 12:46
Abid Şərifov: BTQ dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündə tam şəkildə istismara veriləcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündən etibarən tam şəkildə istifadəyə veriləcək".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

"Layihə ilə bağlı hər hansı bir danışıqlara ehtiyac yoxdur, görüşlər isə işin inkişafı ilə əlaqədar keçirilir. Məlum olduğu kimi, Türkiyə layihəni gələn ilin birinci yarısında yekunlaşdırmağı nəzərdə tutub. Hesab edirəm ki, 2016-cı ilin üçüncü rübündə layihə tam şəkildə istismara veriləcək", - deyə A.Şərifov qeyd edib.

Türkiyənin Bosfor boğazının altından yeni dəmiryolu tunelinin gələn il inşa etməyi nəzərdə tutulduğunu xatırladan hökumət başçısının müavini əlavə edib ki, bu layihə də BTQ dəhlizinin şərq ölklərindən Avropaya olan məsafənin dəfələrlə qısalmasına kömək edəcək.  

Son xəbərlər

Orphus sistemi