A.Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

A.Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır Bu, yol cizgiləri, piyada keçidləri və yolgöstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır
İnfrastruktur
20 May , 2015 11:35
A.Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bakının Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək. 

“Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Son xəbərlər

Orphus sistemi