Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Bakıda Novruz bayramı münasibətilə keçiriləcək atəşfəşanlıqla əlaqədar ictimai nəqliyyat vasitələri günün sonuna qədər sərnişinlərə xidmət göstərəcək.
Belə ki, "Xaliq Faiqoğlu“ MMC-dən "Report"a bildirilib ki, bayram tədbiri ilə əlaqədar cəmiyyətin istismarında olan "61" və "65" saylı marşrut xəttində hərəkət edən avtobusları gecə saat 01.00-dək sakinlərə xidmət göstərəcək.