"Yüksəliş” sənədli filminin təqdimatı keçiriləcək

"Yüksəliş” sənədli filminin təqdimatı keçiriləcək Film general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub
İncəsənət
22 May , 2015 09:50
Yüksəliş” sənədli filminin təqdimatı keçiriləcək

Bakı. 22 may. REPORT.AZ/ Mayın 26-da Nizami Kino Mərkəzində "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi