YUĞ Teatrında yeni tamaşanın premyerası keçiriləcək

YUĞ Teatrında yeni tamaşanın premyerası keçiriləcək Mərhum dramaturq Rövşən Ağayevin "13" adlı əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək
İncəsənət
2 Dekabr , 2015 17:35
YUĞ Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşanın premyerası olacaq.

"Report" xəbər verir ki, dekabrın 3-də teatr mərhum dramaturq Rövşən Ağayevin "13" adlı əsəri əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.

Tamaşaya quruluşu əməkdar artist Vidadi Həsənov verib.

Rolları YUĞ Teatrının iki aktyoru Oqtay Mehdiyev və Könül Cəfərzadə canlandıracaq.

Tamaşanın musiqi tərtibatı Amid Qasımova, səhnə tərtibatı Umay Minnura aiddir. 

Son xəbərlər

Orphus sistemi