YUĞ Teatrında iki yeni tamaşa hazırlanacaq

YUĞ Teatrında iki yeni tamaşa hazırlanacaq Teatrın direktoru gələcək planlarından danışıb
İncəsənət
22 Sentyabr , 2015 13:32
YUĞ Teatrında iki yeni tamaşa hazırlanacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dövlət YUĞ Teatrında əməkdar artist Vidadi Həsənov "Tənha skripka üçün proviaik duet" adlı tamaşa hazırlayacaq.

Bu barədə "Report"a YUĞ Teatrının direktoru Tərlan Rəsulov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda tamaşanın hazırlıq prosesinə başlanacaq. Tamaşada əməkdar artistlər Yaqut Paşazadə və Vidadi Həsənov çıxış edəcək.

Həmçinin teatrda türkiyəli dramaturq Turqay Narın "Zibillik" əsəri əsasında "Şok" adlı tamaşa hazırlanacaq. Tamaşaya quruluşu gənc rejissor Günay Səttar verəcək.  

Son xəbərlər

Orphus sistemi