Yuğ Teatrı mövsümü "Sonuncu" tamaşasının premyerası ilə açacaq

Yuğ Teatrı mövsümü "Sonuncu" tamaşasının premyerası ilə açacaq Tamaşa sentyabrın 20-də nümayiş etdiriləcək
İncəsənət
10 Sentyabr , 2015 11:49
Yuğ Teatrı mövsümü Sonuncu tamaşasının premyerası ilə açacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ YUĞ Dövlət Teatrı mövsümü gənc yazar Pərvinin "Sonuncu" adlı əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası ilə açacaq. 

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlu "Report"a açıqlamasında deyib ki, hazırda teatrda tamaşanın son məşqləri gedir: "Ötən mövsümün sonundan tamaşanın hazırlıq işlərinə başlamışıq. Hazırda son məşqlər gedir. Tamaşa hazırdır. Sentyabrın 20-də əsərin premyerası olacaq".

Qeyd edək ki, birpərdəli pyesdə əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmət Rəhimov və aktrisa Könül Cəfərzadə çıxış edir.

Son xəbərlər

Orphus sistemi