YUĞ teatrı "Çox məkanda VAR olmuşuq...”la tamaşaçıların görüşünə gəlir

YUĞ teatrı "Çox məkanda VAR olmuşuq...”la tamaşaçıların görüşünə gəlir Bu, YUĞ-çuların yebi məkanda ilk tamaşası olacaq
İncəsənət
25 Fevral , 2016 19:39
YUĞ teatrı Çox məkanda VAR olmuşuq...”la tamaşaçıların görüşünə gəlir

Bakı. 25 fevral. REPORT.AZ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yaradıcılıq fəaliyyətini davam etdirəcək YUĞ Teatrı yeni məkanda ilk tamaşasını fevralın 27-si saat 16.00-da nümayiş etdirəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı YUĞ teatrının mətbuat xidməti yayıb.

Yeni tamaşa Mir Sahib Ağayevin quruluşunda “Çox məkanda VAR olmuşuq...” adlı salamlamadır.

Yeni tamaşada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək.

Qeyd edək ki, YUĞ Teatrının repertuarında olan bəzi tamaşalar teatrın müvəqqəti fəaliyyət göstərdiyi yeni məkana uyğunlaşdırılır, paralel olaraq bir neçə yeni tamaşanın da məşqləri gedir.

Xatırladaq ki, Azərbaycan Dövlət YUĞ Teatrının (M.Muxtarov küçəsi, 83) binası Bakı şəhərinin baş planına uyğun olaraq sökülməlidir. Bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, teatr 2016-cı ilin fevralın 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Son xəbərlər

Orphus sistemi