Yeni çəkiləcək film üçün kastinq elan edilib

Yeni çəkiləcək film üçün kastinq elan edilib Filmdə çəkilmək məqsədilə 8-15 yaşlarında oğlan uşaqları kastinqə dəvət olunur
İncəsənət
29 Aprel , 2016 12:17
Yeni çəkiləcək film üçün kastinq elan edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası İlqar Nəcəfin “Nar bağı” adlı tammetrajlı yeni bədii filmi üçün kastinq elan edib.

Bu barədə "Report"a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Filmdə çəkilmək məqsədilə 8-15 yaşlarında oğlan uşaqları kastinqə dəvət olunur. Kastinq mayın 5-dən iyunun 5-dək həftə içi hər gün, saat 11:00-dan 16:00-dək “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi