Yaşar Nurinin məzarı ziyarət edilib

Yaşar Nurinin məzarı ziyarət edilib Cari ilin oktyabrında Akademik Milli Dram Teatrında mərhum sənətkarın 65 illik yubileyi qeyd olunacaq
İncəsənət
3 Sentyabr , 2016 13:54
Yaşar Nurinin məzarı ziyarət edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti Yaşar Nurinin anadan olmasından 65 il ötür.

"Report" xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi və Yaşar Nurinin ailə üzvləri sənətkarın məzarını ziyarət ediblər.

Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemət mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan kinosu və teatrında yaratdığı obrazlardan danışıb. 

O, həmçinin qeyd edib ki, cari ilin oktyabr ayında Yaşar Nurinin 65 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xatirə gecəsi keçiriləcək. 

Mərhumun həyat yoldaşı Rəhimə Nuriyeva onu yad etdikləri üçün teatrın rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının kollektivi xalq artisti Siyavuş Aslanın anadan olmasının 81 illiyi münasibətilə də sənətkarın məzarını ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi