“Yarımçıq xatirələr” bədii filmi Qazaxda nümayiş olunub

“Yarımçıq xatirələr” bədii filmi Qazaxda nümayiş olunub “Azərbaycan” kinoteatrında filmin nümayişlərinin davam etdirilməsi nəzərdə tutulub
İncəsənət
8 Dekabr , 2015 20:04
“Yarımçıq xatirələr” bədii filmi Qazaxda nümayiş olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Qazax şəhərində yerləşən “Azərbaycan” kinoteatrının yeni təmir olunmuş zalında 2015-ci ildə çəkilən “Yarımçıq xatirələr” bədii filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, filmin nümayişindən sonra Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər filmlə bağlı xoş təəssüratlarını bölüşüblər.

Əsas rolları canlandıran aktyorlardan Bəhruz Vaqifoğlu və Şamil Süleymanlı film, çəkiliş prosesi ilə bağlı fikirlərini tamaşaçılar maraqla qarşılayıb.

Tədbirdə qeyd edilib ki, bu gündən etibarən “Azərbaycan” kinoteatrında filmin nümayişlərinin davam etdirilməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Belarus kinematoqrafçılarının iştirakı ilə çəkilmiş, II Dünya müharibəsi və Qarabağ müharibəsi mövzularının bir süjetdə əks olunduğu “Yarımçıq xatirələr” filminin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranski, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Tsaava, Gülzar Qurbanova, Şamil Süleymanlı, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkilib. 

Son xəbərlər

Orphus sistemi