Bakıda ABŞ və Azərbaycan aktyorlarının müştərək tamaşası nümayiş olunub

Bakıda ABŞ və Azərbaycan aktyorlarının müştərək tamaşası nümayiş olunub Tamaşa olkənin müxtəlif bölgələrində də göstəriləcək
İncəsənət
15 Fevral , 2016 23:25
Bakıda ABŞ və Azərbaycan aktyorlarının müştərək tamaşası nümayiş olunub

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın "Bond Street" Teatrı YARAT mərkəzində Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Ay Dövriyyəsi” adlanan və sosial məsələləri işıqlandıran tamaşa göstərib.

"Report" xəbər verir ki, proqram 25 azərbaycanlı tələbəyə sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən əməkdaşlıq və komandanın qurulması, təxəyyülün stimullaşdırılması, liderlik və ünsiyyət bacarıqları, əhvalatların danışılması və həyatdan götürülən ssenarilərin qurulması və fiziki çağırışlar fonunda özünə hörmət hissinin qazanılması üzrə təlimlərin keçirilməsilə başlayıb.

İlkin seçim mərhələsində 25 nəfər arasından seçilən 8 tələbə ölkənin müxtəlif bölgələrində nümayiş olunacaq “Ay Dövriyyəsi” tamaşalarının yaradılmasına xidmət edib.

Fevralın 15-dən 20-dək qrup Bakıdan başlayaraq və olkənin müxtəlif bölgələrini əhatə edən, o cümlədən Sumqayıt, Şəki, Zaqatala, Gəncə və Bərdədə davam edən silsilə canlı tamaşalar nümayiş etdirəcək.

Proqram ABŞ səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində məliyyələşdirilir.

"Bond Street" Teatrı 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyəti daşıyan fiziki baxımdan bacarıqlı, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət bir qrup tərəfindən yaradılıb. Ansambl forum teatrı, ifa və digər interaktiv teatr formalarından istifadə edir.

Bu gün, "Bond Street" Teatrı vaxtının əksər hissəsini beynəlxalq səviyyəli işlərə sərf edir, dünyanın müxtəlif ölkələrindən olan yerli teatr artistləri ilə əməkdaşlıq edir və icma əsaslı incəsənət layihələrinə təşəbbüs edir.

Teatr bu günə qədər Çin, Yaponiya, İndoneziya, Myanmar (Birma), Sinqapur, Tailand, Pakistan, Əfqanıstan, Hindistan, İsrail, Fələstin, Haiti, Kolumbiya, Braziliya, Venesuela, Qvatemala, Meksika, Serbiya, Kosovo, Bosniya və Herseqovina, Albaniya, Makedoniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Macarıstanda, eləcə də Kanada və ABŞ-da işləyərək teatr layihələri nümayiş etdirib, tədris edib və yaradıb.

Son xəbərlər

Orphus sistemi