Yakutiyada Leonardo di Kaprio üçün qiymətli "Oskar" heykəlciyi hazırlanıb

Yakutiyada Leonardo di Kaprio üçün qiymətli "Oskar" heykəlciyi hazırlanıb Heykəlciyin hazırlanmasına 3,5 qr qızıl, 1,4 kq gümüş sərf edilib
İncəsənət
24 Fevral , 2016 20:18
Yakutiyada Leonardo di Kaprio üçün qiymətli Oskar heykəlciyi hazırlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Hollivudun məşhur aktyoru Leonardo di Kaprionun Yakutiyadan olan fanatları aktyorun şərəfinə maraqlı hədiyyə hazırlayıblar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, fanatlar qızıl və gümüşdən "Oskar" heykəlciyi düzəldiblər.

Heykəlciyin hazırlanmasına 3,5 qr qızıl və 1,4 kq gümüş sərf edilib.

Kampaniyada Leonardo di Kaprionun Yakutiyadan və yaxın şəhərlərdən olan 144 fanatı iştirak edib.

Fanatlar heykəlciyə "Ulduzlarla danışan" adını qoyub.

Pərəstişkarlar qeyd ediblər ki, onların hazırladıqları heykəlcik "Oskar" mükafatının təqdimat mərasiminə qədər hazır olacaq.

Xatırladaq ki, "Oskar" kino mükafatının builki təqdimat mərasimi fevralın 28-də olacaq.

Son xəbərlər

Orphus sistemi