Xəstəxanada yatan aktyor Ələsgər Məmmədoğlunun vəziyyəti yaxşıdır

Xəstəxanada yatan aktyor Ələsgər Məmmədoğlunun vəziyyəti yaxşıdır Nevrologiya şöbəsində müalicə alan aktyor artıq palataya köçürülüb
İncəsənət
14 Noyabr , 2015 22:58
Xəstəxanada yatan aktyor Ələsgər Məmmədoğlunun vəziyyəti yaxşıdır

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu günlərdə yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti yaxşıdır.

“Report” xəbər verir ki, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunan aktyor artıq palataya köçürülüb.

Bu gün “Azdram”ın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət və teatrın truppa mudiri Elnur Məmmədov Ələsgər Məmmədoğlunu ziyarət ediblər. Xəstənin həkimi bazar ertəsi aktyorun səhhəti barədə ətraflı məlumat veriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi