Xan Şuşinski Fondu İtaliyada Qarabağla bağlı tədbir keçirəcək

Xan Şuşinski Fondu İtaliyada Qarabağla bağlı tədbir keçirəcək Konfransda İtaliyada fəaliyyət göstərən səfirliklərin, diasporların nümayəndələri iştirak edəcək
İncəsənət
21 Aprel , 2015 10:27
Xan Şuşinski Fondu İtaliyada Qarabağla bağlı tədbir keçirəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Xan Şuşinski Fondu mayın 23-də Romada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirəcək. Bu barədə "Report"a fondun rəhbəri, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşir məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin rəsmi hissəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı və Quba soyqırımlarından bəhs ediləcək. Tədbirdə İtaliyada fəaliyyət göstərən səfirliklərin, diasporların nümayəndələri iştirak edəcək.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın milli musiqisi və muğamları səslənəcək.

Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Şurasının maliyyə dəstəyi ilə keçirilir.

Xatırladaq ki, Xan Şuşinski Fondu 2011-ci ildən fəaliyyətə başlayıb. Fondun əsas məramı xeyriyyəçilik işləri ilə məşğul olmaq, Azərbaycan mədəniyyətinə xidmət etməkdir. Xan Şuşinski Fondu sənət adamlarının yubiley tədbirlərini, müsabiqələr, festivallar keçirməklə Azərbaycan mədəniyyətinə xidmət edir.



Son xəbərlər

Orphus sistemi