Xalq yazıçısı Elçinin əsəri ilk dəfə Musiqili Teatrın səhnəsində nümayiş olunacaq

Xalq yazıçısı Elçinin əsəri ilk dəfə Musiqili Teatrın səhnəsində nümayiş olunacaq “Baladadaşın toy hamamı” əsərinin son məşqləri gedir
İncəsənət
25 Yanvar , 2016 12:16
Xalq yazıçısı Elçinin əsəri ilk dəfə Musiqili Teatrın səhnəsində nümayiş olunacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediyanın son məşqləri gedir.

Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Musiqili Teatrın səhnəsində ilk dəfə olaraq, yazıçının əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. Tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir. Səhnə əsərində səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada əsas obrazları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaq. 

Son xəbərlər

Orphus sistemi