Xalq artisti Sabir Ələsgərovun vəziyyəti yaxşılaşır

Xalq artisti Sabir Ələsgərovun vəziyyəti yaxşılaşır "Ailəmizə heç kim kömək etməyib"
İncəsənət
29 Fevral , 2016 13:04
Xalq artisti Sabir Ələsgərovun vəziyyəti yaxşılaşır

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bu barədə "Report"a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.

"Həkimlər irəliləyişin olduğunu deyirlər. Əsas problem böyrəklərindədir. Atamın təzyiqi çox aşağıdır. Bu da müalicəyə pis təsir edir. Hələlik tam yaxşı deyil. Reanimasiyadadır. Amma tezliklə sağalacağına ümid edirik", - o, bildirib.

Mehriban Ələsgərova atasının müalicə xərclərinin ödənilməsi ilə yayılan xəbərlərə də aydınlıq gətirib: "Sosial şəbəkədə atamın müalicə xərcləri ilə bağlı kömək üçün müraciət edilsə də, hələlik heç kim ailəmizə kömək etməyib. Mədəniyyət və Turizm Nazirliyindən də heç bir cavab olmayıb".

Son xəbərlər

Orphus sistemi