Xalq artisti Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb

Xalq artisti Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb Tanınmış diktor müalicəsini evdə davam etdirəcək
İncəsənət
16 Mart , 2016 16:17
Xalq artisti Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.

O, hazırda atasının vəziyyətinin yaxşı oldğunu deyib: "Atam hələ zəifdir. Bu səbəbdən müalicəsini evdə davam etdirir. Şükür Allaha gəzə bilir, danışır, qidalanır. Amma hələ çox zəifdir. Həkimlərin nəzarəti altındadır".

Xatırladaq ki, S.Ələsgərov keçən ay 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi