Xalq artisti Ramiz Quliyev Fransada konsert verəcək

Xalq artisti Ramiz Quliyev Fransada konsert verəcək Konsert Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilib
İncəsənət
24 Dekabr , 2015 20:27
Xalq artisti Ramiz Quliyev Fransada konsert verəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli tarzən Ramiz Quliyev Parisdə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə "Report"a Ramiz Quliyev məlumat verib.

2016-cı il fevralın 24-də baş tutacaq konsert Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə keçiriləcək.

Ramiz Quliyev konsertdə oğlu, dirijor Əyyub Quliyevlə birlikdə çıxış edəcək.

"Konsertin keçirilməsi fevralın 24-nə planlaşdırılıb. Parisdə yaşayan Pyer adlı bəstəkar var. O, Xocalıya həsr olunan əsər yazıb. Simfonik əsərin adı "Xocalı-613" adlanır. Əsəri Parisin simfonik orkestri ilə birlikdə ifa edəcəyik. Dirijor Əyyub Quliyevdir. Solo ifaları isə mən çalacam. Konsertdə həmçinin Azərbaycan bəstəkarlarının klassik əsərləri də səsləndiriləcək."

Qeyd edək ki, Ramiz Quliyev hazırda konsertin məşqlərinin keçirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi