Xalq artisti Özbəkistandan qayıdıb

Xalq artisti Özbəkistandan qayıdıb Tariyel Qasımov SSRİ xalq artisti Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib
İncəsənət
21 Yanvar , 2016 18:39
Xalq artisti Özbəkistandan qayıdıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımov Özbəkistan dövlət mükafatı laureatı, SSRİ xalq artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib.

"Report" xəbər verir ki, yanvarın 18-də Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində iştirak edib.

Kinorejissorun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı “Odlu yollarla” tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək kinorejissora yeni yaşında daha böyük yaradıcılıq uğurları arzu edib.

Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları, RF-in xalq artistləri İ.Kobzon, A.Konçalovski, V.Talızina, Q.Volçek, L.Prıqunov, Ş.İrqaşev, A.Xamrayev, İ.İşmuhammedova, əməkdar artistlər N.Varley, N.Arinbasarova, müğənni Aziza, N.Nurmuhammedova, Üç-kuduk musiqi qrupu və başqaları çıxış ediblər.

Qeyd edək ki, yubiley mərasimi Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı, Kinematoqrafçılar İttifaqının kino aktyorları gildiyası, İttifaqın Beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi