Xalq artisti Muxtar Maniyevin vəziyyəti yaxşıdır

Xalq artisti Muxtar Maniyevin vəziyyəti yaxşıdır Nəsibə Maniyeva: "Ayağının tikişləri hələ sökülməyib"
İncəsənət
26 Avqust , 2015 13:53
Xalq artisti Muxtar Maniyevin vəziyyəti yaxşıdır

Bakı. 26 avqust. REPORT.AZ/ Xalq artisti Muxtar Maniyevin durumu yaxşıdır və müalicəsini evdə davam etdirir. 

Bu barədə "Report"a xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. 

Onun sözlərinə görə, aktyorun səhhəti qənaətbəxşdir: "Muxtar, bağ evindədir və müalicəsi davam edir. Ayağının tikişləri hələ sökülməyib. Özünü gün keçdikcə daha yaxşı hiss edir. Yemək yeyir, danışır, fikirlərini aydın ifadə edə bilir. Şükür Allaha əhvalı düzəlir".

Qeyd edək ki, 80 yaşlı xalq artisti şəkər xəstəliyindən əziyyət çəkir. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib. 

Son xəbərlər

Orphus sistemi